İsani rayonunun icra başçısının sözlərinə görə, ekspertizanın hesabatı əsasında Vazisubanidə partlayış nəticəsində zədələnmiş binanın yaşayış üçün yararlı olduğu təsdiqlənib
İsani rayonunun icra başçısı Nika Elisaşvili bildirir ki, Vazisubanidə partlayış nəticəsində zədələnmiş bina ilə əlaqədar ekspertizanın yekun nəticəsi məlumdur. Onun sözlərinə görə, hesabat nəticəsində binanın yaşayış üçün yararlı olduğu təsdiqlənib və bu səbəbdən əhalinin mənzillərə qaytarılması prosesini artıq başladıblar.
“Yekun nəticə ilə binanın dayanıqlı olduğu , heç bir ciddi problemin olmadığı təsdiqləndi. Zərər birinci kateqoriyaya aiddir, bu da birbaşa olaraq binanın yaşayış üçün yararlı olması deməkdir. Ona görə də biz artıq əhalini binaya qaytarmağa başlamışıq. Elektrik enerjisi mərhələli şəkildə veriləcək və sabah, səhər saat 09:00-dan etibarən əhalini təbii qazla təmin edəcəyik”, – deyə icra başçısı bildirib.
Zərərə gəlincə, Nika Elisaşvilinin də dediyi kimi, paralel şəkildə zərər hesablanır və yaxın günlərdə hər bir ailəyə dəymiş ziyan bilinəcək.
“Zərər hesablanır. Yaxın günlərdə biz zərər çəkmiş hər bir ailəyə hansı zərərin dəydiyini biləcəyik və sonra bu işə baxılacaq” – deyə Nika Elisaşvili bildirib.
Vəzisubani yaşayış məntəqəsində, 15-ci binanın 1-ci mərtəbəsində dünən yanğınla müşayiət olunan partlayış baş verib . Hadisə nəticəsində 5 nəfər xəsarət alıb.