İsanidə gənc adamın qətlə yetirilməsi ilə bağlı altı nəfər həbs edildi
Daxili İşlər Nazirliyi Tbilisidə baş verən cinayəti açdı.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı məlumatı olan insanların polislə əməkdaşlıq etməkdən inmtinalarına rəğmən, cinayət işi bugün açıldı.
Dİ nazirinin müavini Natia Mevzirişvilinin bugünki brifinqdə verdiyi bəyanatına görə, DİN tərəfindən həyata keçirilən operativ-istintaq əməliyyatı nəticəsində, qəsdlə qətlə yetirmək suçu ilə, altı nəfər həbs edildi. Cinayətin gizlədilməsi suçu ilə isə, beş nəfər həbs edildi.
Cinayətin gizlədilməsi suçu ilə, həbs edilən şəxslər üçün cəza tədbiri olaraq, 2-dən 4 ilə qədər həbs cəzası nəzərdə tutulur. Bilavasitə, cinayəti törədənləri isə, 7-dən 15 ilə qədər həbs cəzası gözləyir.
DİN-in məlumatına görə, qətlə yetirilən şəxsin ailəsi, onu itgin düşməsi ilə bağlı polisə dekabrın 29-da xəbər verdi.
“Qətlə yetirilən şəxsin cəsədi yanvarın 8-də Mtkvari çayında tapıldı. İstintaq nəticəsində məlum oldu ki, 2017-ci ilin dekabrın 29-da, 1991-ci il təvəllüdlü şəxsi, bir nəfər soyuq silah və tüfənglə boğazından və sinəsindən vuraraq öldürüb və cinayətin gizlədilməsi məqsədi ilə, cəsədi Mtkvari çayına atıb. Cinayət faktına beş nəfər şahad olub, ancaq onlar istintaqla əməkdaşlıq etməkdən imtina etdilər və hər beşi də, cinayəti gizlətdikləri üçün həbs ediliblər. Təəsüf ki, onların heç biri, səkkiz gün ərzində, baş verən faktla bağlı polisə müraciət etmədilər.
Suçlu şəxslərin sayının artam ehtimalı da var. İstintaq davam edir” – deyilir DİN-in bəyanatında.
Qeyd edək ki, cinayətin törədildiyi silahlar polis tərəfindən dəlil olaraq, aşkarlanıb.