İru bu gün Avroviziyanın yarımfinal mərhələsi üçün əsas məşqini keçirəcək

 

Builki Avroviziya müsabiqəsində Gürcüstanın təmsilçisi İru Xeçanov bu gün Liverpuldakı M&S Bank Arenada əsas məşqini keçirəcək.

Müsabiqənin yarımfinal mərhələsində isə İru sabah, mayın 11-də 11 nömrə ilə çıxış edəcək.

Müsabiqə çıxışından bir gün əvvəl İru Xeçanov xaricdə yaşayan Gürcüstan vətəndaşlarını onu dəstəkləməyə çağırıb.

“Bir daha tamaşaçıları məni dəstəkləməyə çağırmaq istərdim. Səsvermə ilə bağlı bütün məlumatlarla isə Birinci Kanalın “Facebook” səhifəsində və onlayn platformasında tanış olacaqlar” – deyə İru Xeçanov açıqlayıb.

Bu il Gürcüstan Avroviziyada bəstəkar Qiqa Kuxianidzeyə məxsus “Echo ” mahnısı ilə təmsil olunacaq.

Gürcüstanın Birinci Kanalı mayın 11-də, saat 23:00-da müsabiqənin birbaşa translasiyasını sizlərə təqdim edəcək.