İrma Xetsuriani Kardiff Dünya Kubokunda bürünc medal qazanıb #1TVSPORT
İrma Xetsuriani Kardiff Dünya Kubokunda bürünc medal qazanıb #1TVSPORT

Uelsin Kardiff şəhərində paraqılıncoynatma üzrə 2024-cü ilin Dünya Kuboku start götürüb. Turnirin ilk günündə qılıncoynatma üzrə İrma Xetsuriani bürünc medal qazanıb. Gürcü yarımfinalda Tailandlı rəqibinə uduzaraq üçüncü olub.

Kardiffdə Gürcüstan millisinin üzvləri Nina Tibilaşvili və Qvantsa Zadişvili də mübarizə aparır.

İrma Xetsurianinin builki medalı Paralimpiya Komitəsi üçün ilk medaldır.

Xatırladaq ki, 2023-cü il Paralimpiya Komitəsi üçün rekord il olub – onların hesablarında 120 medal var idi.