İrlandiyada Gürcüstan səfiri - heç bir siyasi mühit movcud deyil ki, Gürcüstan vətəndaşları sığınacaq tələbi ilə İrlandiyaya müraciət etsinlər
İrlandiyada Gürcüstan səfiri - heç bir siyasi mühit movcud deyil ki, Gürcüstan vətəndaşları sığınacaq tələbi ilə İrlandiyaya müraciət etsinlər

Heç bir siyasi mühit movcud deyil ki, Gürcüstan vətəndaşları sığınacaq tələbi ilə İrlandiyaya müraciət etsinlər, – Gürcüstanın İrlandiyadakı səfiri, Giorgi Zurabişvili İrlandiyanın baş naziri, Leo Varadkarın bəyanatına bu cür əks səda verdi.

İrlandiya baş nazirinin bəyan etdiyinə görə, İrlandiyada sığınacaq axtaranların sayı gürcülər və albanlara görə artır. Elə onun dediyinə görə, Albaniya və Gürcüstan vətəndaşları İrlandiyaya saxta sənədlərlə gedirlər.

İrlandiya mediası ilə söhbəti zamanı Gürcüstanın İrlandiyadakı səfiri qeyd etdi ki, sığınacağın alınması tələbinin əksəriyyəti əsassızdır, buna görə də tələb olunan statusa mənfi cavab verilir.

Səfirin dediyinə görə, miqrasiya İrlandiya üçün, eləcə də Avropa İttifaqının başqa ölkələri üçün qlobal problemi təşkil edir.