İrina Vereşukun sözlərinə görə, Ukrayna hakimiyyəti hərbi əsirlərin mübadiləsi nəticəsində saxlanılan 30 nəfəri geri qaytarıb

 
Ukrayna hakimiyyəti hərbi əsirlərin mübadiləsi nəticəsində saxlanılan 30 nəfəri geri qaytarıb. Bu barədə Ukraynanın vitse baş naziri İrina Vereşuk bildirib.

Beləliklə, Vereşukun da qeyd etdiyi üzrə , 22 Ukraynalı hərbçi və 8 mülki şəxs evə qayıdıb.

“Prezident Zelenskinin əmri əsasında bu gün növbəti, dördüncü hərbi əsir mübadiləsi baş tutub. 5 zabit və 17 sıravi əsgərin mübadiləsi həyata keçirilib. Həmçinin, biri qadın olmaqla səkkiz mülki şəxs azad edilib”- deyə Vereşuk bildirib.

Aprelin 1-də Ukrayna 86/86 formatında hərbi əsir mübadiləsi aparıb, bundan əvvəl isə Ukrayna və Rusiya hakimiyyəti 10-10 əsir mübadiləsi aparmışdı.