İrina Vereşçuk - dünən "Azovstal"-dan ağır yaralı 53 hərbçimizin təxliyəsi baş tutdu, onların vəziyyəti stabilləşdikdən sonra biz onları rus hərbi əsirlər ilə dəyişəcəyik
İrina Vereşçuk - dünən "Azovstal"-dan ağır yaralı 53 hərbçimizin təxliyəsi baş tutdu, onların vəziyyəti stabilləşdikdən sonra biz onları rus hərbi əsirlər ilə dəyişəcəyik

 

Ukraynanın vitse baş naziri İrina Vereşçukun verdiyi məlumata əsasən, Mariupolda “Azovstal” ərazisindən hərbçilərin xilasetmə əməliyyatı davam edir.

Ukrayna hökumətinin nümayəndəsi bildirir ki, ağır yaralı hərbçilərin sağlamlıq vəziyyəti yaxşılaşdıqdan sonra Kiyev onları rus hərbi əsirlər ilə dəyişəcək.

“Həyatlarını xilas etmək üçün dünən ağır yaralı 53 hərbçimizin təxliyəsi baş tutdu. Onların vəziyyəti stabilləşdikdən sonra biz onları rus hərbi əsirlər ilə dəyişəcəyik. Humanitar əməliyyatın sonrakı mərhələləri üzərində işləyirik. Hər şey yaxşı olacaq” -deyə Vereşçuk bildirib.