İrqi ayrı-seçkilik faktı üzrə başlanan istintaq çərçivəsində, DTX-də sorğu aparılır
İrqi ayrı-seçkilik faktı üzrə başlanan istintaq çərçivəsində, Dövlət Təhlükəsizlik Xidmətində dindirilmə aparılır. Müstəndiqin suallarını hazırda “Qeyrət” QHT-nin təsisçisi, Zümrüd Qurbanov cavablandırır. O, idarəyə vəkili ilə birlikdə getdi.
Qurbanovun dediyinə görə, üçüncü qüvvənin marağındadır ki, gürcü azərbaycanlıları və gürcülər arasında narazılıq yaratsın.
“Gürcüstanın işğalı baş verdiyi zaman, kimsə istəyir ki, Kvemo Kartlidə qeyri-sabitlik yaratsın. Biz, yol verməyəcəyik ki, gərginlik baş versin. Biz gürcü azərbaycanlılarıq. Biz, yol verməyəcəyik ki, kimsə öz siyasi marağını dövlət marağından yüksək tutsun. Bizim üçün bir müqəddəs ev var, bu Gürcüstandır. Bütün bu narazılıqlar “feysbuk” sosial şəbəkəsində başladı. Düşünürəm bunların hamısının arxasında üçücü qüvvə durur”, – Zümrüd Qurbanov bəyan etdi.
Qurbanovun vəkilinin dediyinə görə, o, açıqlamamaq haqqında razılaşmaya imza atıb və detallar barəsində danışa bilməz.
Qeyd olunan iş ilə bağlı daha bir neçə şəxsin sorğu olunması planlaşdırılıb.