İrəvanda keçirilən etiraz aksiyasında 200-ə yaxın etirazçı saxlanılıb
İrəvanda keçirilən etiraz aksiyasında 200-ə yaxın etirazçı saxlanılıb

 

İrəvanda keçirilən etiraz aksiyasında 199 etirazçı saxlanılıb, bundan əvvəl fəallar küçələri bağlayaraq, polislərin tələblərinə əməl etməyiblər. Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə bu gün səhər İrəvanda etiraz aksiyası başlayıb.

Etirazçılar bir neçə küçəni bağlamağa müvəffəq olublar.

Ermənistan paytaxtında hökumət əleyhinə aksiya dünən də keçirilib. Şəhər meydanına gedən Ermənistan Milli Şurasının sədr müavini İşaxan Sağatelian bildirib ki, nümayişçilər baş nazir Paşinyan və komandasının istefasınadək ümumi itaətsizlik elan edirlər.

Müxalifət tərəfdarları İrəvanın mərkəzində zibil qutularından barrikadalar yaradaraq, çadırlar qurublar.

Aprelin 30-da Ermənistan Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, əvvəllər ölkənin baş nazirinə sui-qəsd təşkil etməkdə və hakimiyyəti qanunsuz şəkildə ələ keçirməkdə ittiham olunaraq saxlanılan Artur Vanetsyan bildirib ki, müxalifət qüvvələri Paşinyanın istefası tələbi ətrafında birləşməlidirlər.

Onun sözlərinə görə, ölkədə müxalifət hakimiyyətə gələrsə, “Azərbaycanla birtərəfli güzəştlər siyasətinə son qoyulacaq və Rusiya ilə münasibətlər dərinləşdiriləcək”.