İrəvanda hökumət əleyhinə aksiya keçirilir. Erməni mətbuatının məlumatına görə, etiraz nümayişi “Müqavimət Hərəkatı” tərəfindən planlaşdırılıb. Etirazçılar bu dəqiqələrdə yürüş keçirirlər.
Etirazçılar ölkənin baş nazirinin istefasını tələb edirlər. Paralel olaraq, onlar Ermənistan prezidentini ölkədə baş verən hadisələr və yaranmış vəziyyətlə bağlı mövqeyini bildirməyə çağırırlar.
Ermənistanda aksiyalar mayın əvvəlindən dayanmaq bilmir. İctimai fəallar indiki baş naziri dövlət maraqlarına xəyanətdə və Azərbaycana güzəştə getməkdə ittiham edirlər.