İranlı reper hökumət əleyhinə çıxışlarına görə ölüm cəzasına məhkum edilib
İranlı reper hökumət əleyhinə çıxışlarına görə ölüm cəzasına məhkum edilib

 
İranlı reper Tumac Salehi hökumət əleyhinə çıxışlarına görə ölüm cəzasına məhkum edilib. Bu haqda “BBC” məlumat yayır.

Tumac Salehi öz mahnılarında 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan etirazları dəstəkləyirdi.

Etiraz aksiyalarına dəstək verən ictimai bəyanatlardan sonra Salehini 2022-ci ilin oktyabrında həbs ediblər. 2023-cü ilin iyulunda o, altı il üç ay müddətinə azadlıqdan məhrum edilib, bu ilin yanvarında isə onun barəsində yeni ittihamlar irəli sürülüb, bu səbəbdən də ölüm cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin vəkilinin dediyi kimi, o, qərarı şikayət edəcək.

İran hökuməti bununla bağlı şərh verməyib.

Xatırladaq ki, Məhsa Əmini 2022-ci ilin sentyabrında “Əxlaq Polisi” tərəfindən düzgün hicab geyinmədiyinə görə saxlandıqdan sonra həbsxanada dünyasını dəyişib. Bu fakt İran cəmiyyətinin qəzəbinə və genişmiqyaslı etirazlara səbəb oldu.