İranın xarici işlər naziri-Amerika Qəzzada qadınları, uşaqları və dinc sakinləri qətlə yetirmək üçün silah göndərə və eyni zamanda tərəfləri təmkinli olmağa çağıra bilməz
İranın xarici işlər naziri-Amerika Qəzzada qadınları, uşaqları və dinc sakinləri qətlə yetirmək üçün silah göndərə və eyni zamanda tərəfləri təmkinli olmağa çağıra bilməz

 
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin hücumları dayanmasa, münaqişənin genişlənə və digər tərəflərin də qoşula biləcəyini bildirib. Bu barədə Beyrutda olan Hüseyn Əmir Abdullahian livanlı həmkarı ilə görüşdən və “Hizbullah”ın lideri Həsən Nəsrullahla danışıqlardan sonra mediaya açıqlayıb.

“Əgər Sionist ittifaqı tərəfindən törədilən bu mütəşəkkil hərbi cinayətlər dayanmasa, onda istənilən ehtimalı təsəvvür edə bilərik. Amerikanın hər dəfə tərəfləri təmkinli olmağa çağırmaqla yanaşı cinayətkarlara, saxta Sionist ittifaqına Qəzzada qadın, uşaq və mülki əhalini qırmağa icazə verməsi gülüş doğurur. Amerika Qəzzada qadın, uşaq və dinc sakinləri qətlə yetirmək üçün silah və bomba göndərə və eyni zamanda tərəfləri təmkinli olmağa çağıra bilməz”-deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri açıqlayıb.