Iran məktəblərində ingilis dilinin öyrədilməsi qadağan edildi
Iran məktəblərində ingilis dilinin öyrədilməsi qadağan edildi

Iran məktəblərində ingilis dilinin öyrədilməsi qadağan edildi.

Bu barədə məlumatı Reuters agentliyi, İran Təhsil Nazirliyinin nümayəndələrinə istinadən yayır.

Bu qərar İranın dini liderinin tələbi ilə verildi.

Ayatolla Xameyini ona qədər bəyan etmişdi ki, ingilis dilinin öyrədilməsi İrana “Qərb mədəniyyətinin intervensiyasına” səbəb oldu.

“Dövlət və özəl məktəblərdə ingilis dilinin öyrənilməsi qanunumuza ziddir” – dedi Ali Təhsil Şurasının sədri Mehdi Navad Adham.

Iran məktəblərində ingilis dilinin öyrədilməsi 12-14 yaşlarından başlayırdı. Bəzi məktəblərdə isə, daha tez başlayırdılar.