İranın Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin regionda müharibənin genişlənməsini istəmədiyini bildirir
İranın Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin regionda müharibənin genişlənməsini istəmədiyini bildirir

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ölkəsinin regionda müharibənin genişlənməsini istəmədiyini bildirir.

Kənani İsrail hökumətini “HƏMAS”a qarşı dəstəkləyən ölkələri  ittiham edib.

“Biz regionda müharibəni genişləndirməyə çalışmırıq, müharibə cinayəti törədən İsrail rejiminə təzyiq göstərmək əvəzinə, rəsmi və açıq şəkildə atəşkəsin vaxtının hələ yetişmədiyini, sionist rejimə hətta qadağan olunmuş hərbi silah və texnikanı açıq şəkildə göndərənlər müharibəni genişləndirməyə çalışırlar” – İranın Xarici İşlər Nazirliyinin sözçüsü bildirir.