İrakli Zarkua- “Milli Hərəkat”da nüfuz uğrunda mübarizə gedir, onların reytinqi azalma rejimindədir və ola bilsin seçki səddini belə keçə bilməsinlər
İrakli Zarkua- “Milli Hərəkat”da nüfuz uğrunda mübarizə gedir, onların reytinqi azalma rejimindədir və ola bilsin seçki səddini belə keçə bilməsinlər

 

“Milli Hərəkat”da nüfuz uğrunda mübarizə gedir- bu haqda “Gürcü Arzusu”nun deputatı İrakli Zarkua bildirib.

Zarkua deyib ki, “Milli Hərəkat”ın reytinqi azalma rejimindədir və ola bilsin seçki səddini belə keçə bilməsinlər.

“Xabenin zülmə uğramasına, istifadə edilərək atılmasına görə narahat oldum. Onun yerinə Bokuçava təyin edildi. Hansı meyarlarla seçildiyini bilmirəm, Xabe istəkli və mübariz idi. Lazım olanda təbiət qüvvələrini özünə tabe edirdi. Bilmirəm, Bokuçavada mübarizə ruhu və milli nə görüblər. Partiyada nüfuz uğrunda mübarizə getdiyi faktdır– rəhbər unudulub, lakin canlandı və seçkilərdə öz kvotasını almaq istəyir. Qərbdən əmr gəldi ki, bu vətənsizlərin rəhbəri Saakaşvili yox, madam prezident olsun. Bu səbəbdən, rəhbər öz mərcini qoydu və dedi ki, “Milli Hərəkat”çılardan ayrılacağam, nə qazanacağınızı görəcəksiniz. Görünür, rəhbərin bu tələbini nəzərə alıblar. Onların reytinqi azalma rejimindədir və ola bilsin seçki səddini belə keçə bilməsinlər”- deyə İrakli Zarkua açıqlayıb.