İrakli Xmaladze - zonal-saatlıq parkinqin hazırda olan bütün imkanları və qiymətləri dəyişməz qalacaq

 

Tbilisinin vitse-meri İrakli Xmaladzenin sözlərinə görə, zonal-saatlıq parkinqin hazırda olan bütün imkanları və qiymətləri dəyişməz qalacaq.

Xmaladzenin məsələni şərh edərkən jurnalistlərə də izah etdiyi kimi, daha çox biznes sektor və təşkilatlar üçün nəzərdə tutulan parkinq tarif paketinə istəyənlər üçün yalnız müddətli abonementlər əlavə olunur.

Onun sözlərinə görə, vətəndaşlar indiyədək olan parkinq qiymətlərindən yenə də yararlana bilərlər.

“Zonal-saatlıq parkinq tariflərində dəyişiklik nəzərdə tutulmayıb. Onun qiyməti yenə də bir laridir, illik abunə haqqı isə yenə də 50 laridir. Biz biznes sektoruna yenilik olaraq təklif etdik ki, məsələn, şirkət il ərzində nəqliyyat vasitəsi üçün 800 lari ödəsəydi, bütün il boyu onun üçün saatlıq tarif pulsuz olsun, bu həm də onların fikri idi. Müvafiq olaraq biz sakrebuloda bir neçə paket təqdim etdik- bu bir illik, altı aylıq, bir aylıq və bir günlük paketlərdir ki, istəyənlər bundan yararlana bilərlər. Bu məcburi deyil. Bu gün və bu günədək qüvvədə olan bütün mövcud şərtlər, seçim və qiymətlər saxlanılır, sadəcə olaraq əlavə seçim kimi təşkilatlar tərəfindən və biznes sektor tərəfindən alına bilən illik, altı aylıq, bir aylıq və bir günlük abonementlər təqdim edilir.

Bir daha təkrarlayıram, digər şərtlər – zonal-saatlıq parkinq haqqı və illik 50 larilik abonement haqqı hələ də qüvvədə qalır”- deyə İrakli Xmaladze bildirib.