İrakli Şotadzenin sözlərinə əsasən, qırmızı sirkulyarla axtarışda olan İtaliyanın mütəşəkkil cinayətkar qrupunun üzvü Gürcüstanda saxlanılıb
İrakli Şotadzenin sözlərinə əsasən, qırmızı sirkulyarla axtarışda olan İtaliyanın mütəşəkkil cinayətkar qrupunun üzvü Gürcüstanda saxlanılıb

Gürcüstanda qırmızı sirkulyarla axtarışda olan İtaliyanın mütəşəkkil cinayətkar qrupunun üzvü saxlanılıb – baş prokuror İrakli Şotadze bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxs hazırda ekstradisiya təcridxanasındadır.

“İtaliyanın səlahiyyətli orqanlarının müvafiq müraciəti əsasında adıçəkilən şəxs ekstradisiya üzrə həbsdədir. Ekstradisiya prosedurları başa çatıb, onun İtaliyaya ekstradisiyası ilə bağlı qərar qəbul edilib və yaxın vaxtlarda ekstradisiya olunacaq. O, İtaliyanın mütəşəkkil cinayətkar qrupunda və İtaliya ərazisində müxtəlif ağır cinayətlərdə iştirak etməkdə ittiham olunur. Söhbət İtaliya ərazisində fəaliyyət göstərən tanınmış cinayətkar qruplaşmadan gedir. O, qırmızı sirkulyarla axtarışa verilib. O, italyalıdır”, – deyə İrakli Şotadze bildirib.