İrakli Kobaxidze Türkiyyənin səfiri ilə vidalaşma görüşünü keçirdi
İrakli Kobaxidze Türkiyyənin səfiri ilə vidalaşma görüşünü keçirdi

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Türkiyyə Cümhuriyyətinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Zəki Ləvənt Güçrükçü ilə vidalaşma görüşünü keçirdi.

Tərəflər iki ölkə arasında başqa başqa istiqamətdə mövcud olan əlaqələr haqqında söhbət etdilər. Səfir xüsusi ilə qeyd etdi ki, Gürcüstan, diplomatik korpusu nümayəndələrinə qarşı xüsusi hörməti ilə fərqlənəndir.

Görüşdə Gürcüstanda cari demokratik islahatlar haqqında, o cümlədən konstitusiya islahatı haqqında söhbət edildi. Söhbət zamanı mövcud çağırışlara cavab olan dövlət təhlükəsizliyinin əhəmiyyətinə də toxunuldu. Əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri haqqında söhbət zamanı, tərəflər qeyd etdilər ki, millətarası əlaqələrin fəallaşdırılması da vacibdir, buda ölkələri daha da artıq yaxınlaşdıracaq.

İrakli Kobaxidze Zəki Ləvənt Güçrükçüyə ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə etdiyi tövhəsinə görə minnətdarlığını bildirdi və gələcək işində uğurlar arzuladı.