İrakli Kobaxize - Müəyyən subyektlər danışıqların təfərrüatlarının ictimailəşdirilməsini tələb edirdilər, ancaq biz və səfirlər buna razı olmadıq

Müəyyən subyektlər danışıqların təfərrüatlarının ictimailəşdirilməsini tələb edirdilər, ancaq biz və səfirlər buna razı olmadıq, – Bu bəyanatı “Gürcü Arzusunun” icraçı katibi İrakli Kobaxidze ABŞ səfirinin iqamətgahında, müxalifət və iqtidar arasındaki görüşdən sonra verdi.

Onun dediyinə görə, danışıqların təfərrüatlarının ictimailəşdirilməsi, danışıqların müvəffəqiyyətlə başa çatdırılması üçün təhlükə yarada bilər.

“Danışıqların təfərrüatlarının verilməsini doğru hesab etmirik. Təfərrüatlar ictimailəşdirildsə, danışıqlar prosesi üçün təhlükə yaranacaq. Təfərrüatların yayılmasını tələb edənlərin məqsədi də, beləliklə bəlli oldu.

Təfərrüatların gizli qalmasını biz də, səfirlər də, tələb edirik” – dedi İrakli Kobaxidze.