İrakli Kobaxidzenin Türkiyəyə rəsmi səfəri başlayıb
İrakli Kobaxidzenin Türkiyəyə rəsmi səfəri başlayıb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb.

Gürcüstan hökuməti tərəfindən yayılmış məlumatda, Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslərin Ankaranın Esenboğa Beynəlxalq Hava Limanında Gürcüstan hökumətinin başçısını qarşıladıqları deyilir.

Bu gün Türkiyə Prezidentinin sarayında Gürcüstanın Baş nazirinin rəsmi qarşılanma mərasimi keçiriləcək. İrakli Kobaxidzeni Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.

Vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, vitse-baş nazir, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İlia Darçiaşvili, təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvari, Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial müdafiə naziri Mixeil Sarcveladze, Acara Muxtar Respublikasının hökumətinin sədri Tornike Rijvadze və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxildir .