İrakli Kobaxidze - "Yayımçı haqqında" qanunda dəyişikliklər zəruridir
İrakli Kobaxidze - "Yayımçı haqqında" qanunda dəyişikliklər zəruridir

“Prezidentin vetosundaki arqumentlər bizim üçün əhəmiyyətlidir və yayımçı haqqında qanunlayihənin müzakirəsi həmin arqumentlərə əsasən, davam edəcək”, – bu barədə bəyanatı Latviyada səfərdə olan parlamentin sədri İrakli Kobaxidze verdi.

İrakli Kobaxidzenin bəyanatına görə, veto qoymaq prezidentin haqqıdır və əlbətdə ki, parlament prezidentin iradlarını müzakirə edəcək.

“Bizim əsas məqsədimiz İctimai Yayımçının reytinqinin yüksəlməsi üçün əlverişli şərait yaratmaqdır. Yeni qanunlayihə də məhz bunu nəzərdə tutur. Əgər bu dəyişiklikləri istəmiriksə, bu başqa məsələdir. Amma düşünürəm ki, dəyişikliklər mütləqdir.

Biz bu məsələləri prezidentlə yenidən müzakirə etməyə hazırıq” – dedi İrakli Kobaxidze.

Qeyd edək ki, Gürcüstan prezidenti, parlament tərəfindən üçüncü oxunuşla qəbul edilən “Yayımçı haqqında” qanulayihəyə bugün veto qoydu.