İrakli Kobaxidze - "Yayımçı haqqında" qanuna prezidentin qoyduğu veto o qədər qurudur ki, ona marker belə lazım deyil
İrakli Kobaxidze - "Yayımçı haqqında" qanuna prezidentin qoyduğu veto o qədər qurudur ki, ona marker belə lazım deyil

“Prezidentin veto qoyduğu mətni oxudum və gördüm ki, oradaki qeydlər və iradlar o qədər quru idi ki, orada marker ilə qeyd ediləcək belə heç nə yox idi” – bu barədə bəyanatı parlamentin sədri İrakli Kobaxidze “Yayımçı haqqında” qanunla bağlı medya ilə görüş zamanı verdi.

Onun dediyinə görə, veto mətnində söhbət sadəcə prezidentin xoşuna gəlməyən məsələlər qeyd olunub, ancaq xoşuna gəlməməsinin səbələri və arqumentləri bildirilmir.

Parlamentin sədrinin qeyd etdiyinə görə, veto mətnində müəyyən fakt dəqiqsizlikləri var.

Kobaxidzenin dediyinə görə, bugünki görüşün məqsədi odur ki, medya nümayəndələrindən daha çox və daha ciddi arqument səslənsin.

Əks təqdirdə, parlamentin mövqeyi dəyişdirilməyəcək.