İrakli Kobaxidze - Vizaliberalizasiyanın bir illik yubileyi ilə hərkəsi təbrik edirəm

“Hərkəsi vizasız rejimin qüvvəyə minməsinin bir illik yubiley münasibəti ilə təbrik edirəm. Bu bizim üçün böyük privilegiyadır və eyni zamanda məsuliyyətimizdir. Avropalı dostlarımızın verdiyi bu qərara böyük məsuliyyətlə yanaşmalıyıq” – bu bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze verdi.

Gürcüstan parlamentinin sədrinin bəyanatına görə, gərəkdiyi halda, Gürcüstanın qanunverici və icraçı iqtidarları vizasız gediş-gəlişlə bağlı qanun dəyişiklikləri üzərində birgə şəkildə çalışacaqlar.

“Özümüzü Avropalı dostlarımızın yanında gərəkdiyi şəkildə göstərməyimiz çox önəmlidir ki, Avropaya və Avropa İttifaqına daha çox yaxınaşa bilək. İcraçı iqtidarla bərabər, Avropalı dostlarımıza qarşı məsuliyyətimizi artıran qanun dəyişikliklıri üzrə çalışmalara mütləq başlayacağıq” – dedi İrakliKobaxidze.

Bu barədə məlumatı parlamentin mətbuat xidməti yayır.