İrakli Kobaxidze Viktor Orbanla görüşüb
İrakli Kobaxidze Viktor Orbanla görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.

Tərəflər Gürcüstan və Macarıstan arasında mövcud dostluq münasibətlərini müzakirə ediblər və tərəfdaşlığın inkişafı baxımından son illərdə əldə olunan müsbət nəticələri qeyd ediblər.

Sektoral əlaqələrin gələcəkdə genişləndirilməsinin əhəmiyyətinə və bu istiqamətdə iki ölkənin hökumətlərarası komissiyası çərçivəsində imzalanmış sənədlərin roluna diqqət yetirilib.

Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyası istiqamətində Macarıstanın güclü dəstəkləyici mövqeyi vurğulanıb. Qeyd edilib ki, Gürcüstan hökumətinin səyləri ölkənin Avropaya inteqrasiya prosesində növbəti mərhələyə keçməsinə yönəldiyi üçün Avropa İttifaqının gələcək sədri kimi Macarıstanın güclü dəstəyi daha böyük əhəmiyyət kəsb edir.

İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi perspektivlərinə, eləcə də təhsil və mədəniyyət sahələrində məhsuldar əməkdaşlığa toxunulub.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.