İrakli Kobaxidze - Türkiyə Gürcüstan üçün bir nömrəli ticarət tərəfdaşıdır, prezident Ərdoğanla tərəfdaşlığımızın daha çox necə dərinləşə biləcəyini müzakirə etdik
İrakli Kobaxidze - Türkiyə Gürcüstan üçün bir nömrəli ticarət tərəfdaşıdır, prezident Ərdoğanla tərəfdaşlığımızın daha çox necə dərinləşə biləcəyini müzakirə etdik

 
Türkiyə Respublikası Gürcüstan üçün bir nömrəli ticarət tərəfdaşıdır. Biz tərəfdaşlığımızın daha çox necə dərinləşə biləcəyini müzakirə etdik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə brifinq zamanı deyib.

Hökumət başçısı, Gürcüstanın ikitərəfli ticarət əlaqələrinin daha da dərinləşdirilməsi üçün böyük potensial gördüyünü bildirib.

“Ölkəmizdə müxtəlif nöqteyi-nəzərdən gedən proseslərlə bağlı cənab prezidentə məlumat verdim. Həmçinin, Yaxın Şərqdə gedən prosesləri müzakirə etdik. Qeyd edildi ki, Gürcüstan Yaxın Şərqdə sülhün bərqərar olmasının zəruriliyi ideyasını dəstəkləyir, bu da beynəlxalq ictimaiyyətin dəstəyi ilə danışıqlar vasitəsilə əldə edilə bilər. Müasir dünyadakı cari prosesləri nəzərə almaqla, regional, ticarət-iqtisadi və nəqliyyat-energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yönəltdik. Bu kontekstdə tranzit funksiyasının, əlaqələndiriciliyin əhəmiyyəti xüsusilə qeyd edildi. Türkiyə Respublikası Gürcüstan üçün bir nömrəli ticarət tərəfdaşıdır və biz tərəfdaşlığımızın daha çox necə dərinləşə biləcəyini müzakirə etdik. Əlbəttə, biz ikitərəfli ticarət əlaqələrinin daha da dərinləşdirilməsi üçün böyük potensial görürük. Həmçinin, Gürcüstandan ixracın və ümumiyyətlə, ikitərəfli ticarətin əhəmiyyəti haqda söhbətimiz oldu” – deyə baş nazir açıqlayıb.