İrakli Kobaxidze - Şükürlər olsun ki, Saakaşvili Gürcüstanda artıq aktual deyil
İrakli Kobaxidze - Şükürlər olsun ki, Saakaşvili Gürcüstanda artıq aktual deyil

Şükürlər olsun ki, Saakaşvili Gürcüstanda artıq aktual deyil, geridə qalanlar hüquqi prosedurlar və normalar işidir, – Gürcüstan parlamentinin sədri, İrakli Kobaxidze Saakaşvilinin yaxalanmasına bu cür əks səda verdi.

Mixeil Saakaşvilinin Gürcüstana mümkün ekstradisiyası ilə əlaqədar verilən suala Kobaxidze, cavab olaraq qeyd etdi ki, qeyd olunan məsələnin həllinə gürcü idarələri qoşulacaqlar.

“Əsas hüquqi hərəkətlərdir. Siyasi baxımından, bir daha qeyd etmək istəyirəm ki, Saakaşvili artıq aktual deyil”, – Kobaxidze bəyanm etdi.

Odessa diyarının keçmiş qubernatorunu bu gün səhər, Kiyevdə yaxaladılar. Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi veb səhifəsində dərc olunmuş bəyanata uyğun olaraq, Saakaşvilini 3 ildən 5 ilədək həbs gözləyir.

Bir neçə dəqiqəyə bu iş üzrə Ukrayna baş prokuroru, Yuri Lutsenko bəyanat verəcək.