İrakli Kobaxidze Strasburqda Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks ilə görüşüb
İrakli Kobaxidze Strasburqda Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks ilə görüşüb

 

“Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze Strasburqda Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks ilə görüşüb. İrakli Kobaxidze Tini Koksu ikinci müddətə Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsi münasibətilə təbrik edib.

Öz növbəsində Tini Koks verdiyi dəstəyə görə İrakli Kobaxidzeyə təşəkkür edib.

Görüşdə Avropa Şurasının 12 bəndlik planın icrası prosesində Gürcüstanı tam dəstəklədiyi qeyd olunub. Gürcüstanda islahatlar istiqamətində əldə olunan irəliləyiş vurğulanıb. Həmçinin, regionda cərəyan edən siyasi proseslərə də toxunulub.

Görüşdə hakim partiyanın rəhbəri ilə yanaşı, ölkənin nümayəndə heyətinin rəhbəri İrakli Çikovani və Gürcüstanın Avropa Şurasındakı səfiri Tamar Taliaşvili iştirak ediblər.