Irakli Kobaxidze - Siyasi dəstəmiz seçkilərdə yeniləşdirilmiş tərkiblə təqdim ediləcək, proqramımız minimum, hər ikinci səsi almağı nəzərdə tutur
Parlament əksəriyyətinin üzvü İrali Kobaxidzenin bəyanatına görə, 2020-ci ilin parlament seçkilərində, “Gürcü Arzusunun” yeni proqramı – minimum hər ikinci səsi yığmaqdır.
Jurnalistlərlə söhbət zamanı Kobaxidze bəyan etdi ki, partiyanın seçkilərdə 60 faizə nail ola biləcək göstəriciləri var, ancaq hərşey iqtidarın fəaliyyətindən asılıdr.
“Seçki qabağı fəaliyyətindən çox şey asılıdır. Bizim məqsədimiz parlament seçkilərindən öncə, partiyanın reytinqini daha da artırmaqdır, ancaq əlimizdə olan göstəricilər də sübüt edir ki, “Gürcü Arzusu” seçkilərdə inandırıcı şəkildə qalib olacaq. 2016-cı ildə, hər 2-ki seçici bizə səs vermişdi və bu müvəffəqiyyəti təkrarlamalıyıq” – dedi parlament əksəriyyətinin üzvü.
Kobaxidzenin dediyinə görə, “Gürcü Arzusu” seçkilərdə yeniləşdirilmiş tərkiblə təqdim ediləcək.
“Siyasi dəstəmiz seçkilərdə yeniləşdirilmiş tərkiblə təqdim ediləcək, proqramımız minimum, hər ikinci səsi almağı nəzərdə tutur” – dedi Kobaxidze.