İrakli Kobaxidze - Səfirlərlə birlikdə maraqlı müzakirəmiz oldu, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin güclənməsi üçün atılmalı olan bütün gələcək addımları müzakirə etdik
İrakli Kobaxidze - Səfirlərlə birlikdə maraqlı müzakirəmiz oldu, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin güclənməsi üçün atılmalı olan bütün gələcək addımları müzakirə etdik

 

Səfirlərlə birlikdə maraqlı müzakirəmiz oldu, ölkəmizin beynəlxalq müstəvidə mövqelərinin güclənməsi üçün atılmalı olan bütün gələcək addımları müzakirə etdik – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində jurnalistlərə bildirib.

Hökumət başçısı, Avropa İttifaqına üzvlüyün və bu istiqamətdə davamlı irəliləyişə nail olmağın əsas prioritet olduğunu deyib.

“Bizim prioritetlərimiz ümumiyyətlə hamıya məlumdur. Avropa İttifaqına üzvlük və bu istiqamətdə davamlı irəliləyişə nail olmaq bizim əsas prioritetimizdir. Bu mərhələdə müəyyən çətinliklər olmasına baxmayaraq, biz ardıcıl şəkildə irəliləyəcəyimizə və 2030-cu il üçün Gürcüstanın Avropa İttifaqının üzvü olacağına əminik. Bundan irəli gələrək, təbii ki, bizim ana xəttimiz tamamilə aydın və bəllidir, hərçənd bu gün haqqında fikir mübadiləsi aparmağa ehtiyac duyduğumuz bir çox nüanslar var”- baş nazir açıqlayıb.