İrakli Kobaxidze - Şəffaflıq qanunu Avropaya inteqrasiya vəzifəsinə xidmət edir, dövlətin suverenliyini qorumasaq, Ukraynanın başına gələnlər bizim də başımıza gələcək, sülh də, Avropaya inteqrasiya da geridə qalacaq

Əminik ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropaya inteqrasiya üçün nəinki təhlükə yaratmayacaq, həm də yalnız ölkəmizin Avropa strukturlarına inteqrasiyasını təmin edəcək – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze bildirib ki, əgər sözügedən qanun nəyəsə xidmət edirsə, bu, Avropaya inteqrasiya vəzifəsidir.

“Dövlətin suverenliyini qorumasaq, Ukraynanın başına gələnlər bizim də başımıza gələcək və belə olan halda sülh də, Avropaya inteqrasiya da geridə qalacaq. Müvafiq olaraq, əgər bu qanun nəyəsə xidmət edirsə, bu, bizim Avropaya inteqrasiya vəzifəmizdir- Avropaya suverenlik olmadan daxil ola bilməzsən”- deyə İrakli Kobaxidze bildirib.