İrakli Kobaxidze - Saakaşvili və "Milli Hərəkatın" avantyurist və xain hərəkətləri olmasaydı Rusiyaya öz aqressiv ssenarisini həyata keçirmək üçün imkan verilməyəcəkdi
Prezident namizədini dəstəkləmək qərarını verərkən, xanım Salome Zurabişvili ilə bütün məsələlər və onların arasında avqust müharibəsi haqqında da komunikasiyamız var idi, – bu barədə bəyanatı parlamentin sədri İrakli Kobaxidze Birinci Kanalın “Moambe” verlişində verdi.
“Biz onun mövqeyini dəqiqləşdirdik və əmin olduq ki, onun mövqeyi bizimki ilə uyğundur” – dedi İrakli Kobaxidze.
Onun dediyinə görə, Salome Zurabişvili layiqli prezident olacaq və istər ölkə daxilində, istər ölkə xaricində, Gürcüstanın maraqlarını layiqli şəkildə qoruyacaq.
“Məncə, öz partiya namizədimizi irəli sürməməklə və Salome Zurabişvilinin namizədliyini dəstəkləməklə, doğru qərar verdik” – dedi Kobaxidze.
Kobaxidzenin dediyinə görə, Salome Zurabişvilinin müəyyən bəyanatına opponentlər tərəfindən yanlış interpretasiya verildi. Əlbəttə ki, Rusiya aqressordur, bunu kimsə inkar etmir, amma Saakaşvili iqtidarının 2008-ci ildə öz xalqına qarşı törətdiyi cinayəti də unutmamalıyıq.
Saakaşvili və “Milli Hərəkatın” avantyurist və xain hərəkətləri olmasaydı Rusiyaya öz aqressiv ssenarisini həyata keçirmək üçün imkan verilməyəcəkdi. “Saakaşvilinin cinaytinin nəticəsidir ki, yenə ərazilərimizi itirdik və minlərlə insan evsiz-eşiksiz qaldı”- dedi İrakli Kobaxidze.