İrakli Kobaxidze - Rusiya Gürcüstanın ərazilərinin 20 faizini işğal edib, bu faktiki vəziyyətdir, əslində burada spekulyasiyalara heç bir yer yoxdur
Rusiya Gürcüstanın ərazilərinin 20 faizini işğal edib, bu faktiki vəziyyətdir, əslində burada spekulyasiyalara heç bir yer yoxdur -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlayıb.
Jurnalistlərin onun hesabatında Rusiyanın işğalçı olmasından və Otxozoria-Tatunaşvilinin siyahısından niyə bəhs olunmaması sualına baş nazir cavabında, hesabatda bütün mövzulardan bəhs edildiyini bildirib.
“Hesabatda bütün mövzulardan bəhs edilib, təbii ki, bu mövzulardan parlament müzakirəsi zamanı da bəhs ediləcək. Rusiya Federasiyasının Gürcüstan ərazilərinin 20 faizini işğal etməsi faktiki vəziyyətdir. Bundan irəli gələrək, əslində burada spekulyasiyalara heç bir yer yoxdur. Vəziyyətin nə olduğunu, qarşımızda hansı çağırışların olduğunu biz hamımız bilirik. Ölkə ərazilərinin 20 faizinin işğal altında olduğu belə bir zamanda, kənardan, Qərbdən bizi təhdid etməyə, əhalimizi, ölkəmizi təhdid etməyə çalışırlar, bu, yumşaq formada desək sadəcə olaraq anlaşılmazdır. Xalqımız, ölkəmiz sağlam münasibətə layiqdir” – deyə baş nazir bildirib.