İrakli Kobaxidze -QHT-lər ölkələrdə siyasi məqsədləri həyata keçirmək üçün istifadə edilən siyasi alətdir, məsələ siyasətlə əlaqəli olduqda, heç kim öz maliyyəsinin şəffaflığına sevinmir
Hamımız çox yaxşı başa düşürük ki, ümumiyyətlə QHT-lər müxtəlif ölkələrdə siyasi maraq və məqsədləri həyata keçirmək üçün istifadə edilən siyasi alətdir, bundan irəli gələrək, məsələ siyasətlə əlaqəli olduqda, heç kim heç vaxt öz maliyyəsinin şəffaflığına sevinmir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birinci Kanalın “Qərar ” verilişində deyib.
İrakli Kobaxidzenin qeyd etdiyi kimi, QHT-lərin fəaliyyətinin şəffaf olmaması məsələsində açıq-aşkar siyasi maraq üzə çıxırdı.
“Hamımız çox yaxşı başa düşürük ki, ümumiyyətlə QHT-lər müxtəlif ölkələrdə siyasi maraq və məqsədləri həyata keçirmək üçün istifadə edilən siyasi alətdir, bundan irəli gələrək, məsələ siyasətlə əlaqəli olduqda, heç kim heç vaxt öz maliyyəsinin şəffaflığına sevinmir. Müvafiq olaraq, bu subyektiv maraq başa düşüləndir, hərçənd sonda səndən şəffaflıq tələb olunduqda, şəffaflığa qarşı bu qədər kobud şəkildə mübarizə apara bilməzsən, bu, sadəcə olaraq anlaşılmaz və qəbuledilməzdir.
Bütün bunlar müzakirənin qarşısını niyə aldıqlarının və son anda, o cümlədən Salome Zurabişvilini müzakirənin qarşısını almağa niyə sövq etdiklərinin izahıdır, biz hamıya sağlam müzakirə üçün veto prosedurundan istifadə etməyi təklif edəndə, bu halda da kobud şəkildə Salome Zurabişvilini müzakirənin qarşısını almağa və heç bir müzakirə olmadan veto qoymağa sövq etdilər”- deyə İrakli Kobaxidze bildirib.