İrakli Kobaxidze - Prezidenti rahat olmağa çağırıram və deyirəm ki, ölkənin layiqli inkişafı davam edəcək
İrakli Kobaxidze - Prezidenti rahat olmağa çağırıram və deyirəm ki, ölkənin layiqli inkişafı davam edəcək

Demokratiya, iqtisadiyyat, sosiyal istiqamət, xarici siyasət, bütün istiqamətlərdə fundamental tərəqqimiz var və bu iqtidarda olan siyasi qüvvənin fəaliyyətinin nəticəsidir və hökümət başçısının kimliyindən asılı olmayraq, “Gürcü Arzusu” fundamental irəliləyişi hər zaman bacarırdı, – bu bəyanatı Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze Batumidə. “Gürcüstanın Avropa yolu” adlı forumda çıxış edərkən verdi.

“Bugün iqtidar dəstəsindəki dəyişikliklər haqqında danışmaq istəmirdim, ancaq prezidentin çıxışından sonra, düşünürəm ki, bu mövzu ilə bağlı bir iki söz deməliyəm. Gürcüstan parlament respublikasıdır. 2012-ci ilə qədər ölkəyi avtokrat rejim idarə edirdi, biz isə, bunu radikal şəkildə dəyişdik və ölkə iqtidarın bölüşməsi prinsipi ilə idarə edilir” – dedi İrakli Kobaxidze.