İrakli Kobaxidze - Prezident Ərdoğandan Gürcüstana təşrif buyurmasını şəxsən xahiş etdim, bu rəsmi səfərin tezliklə baş tutacağına ümidvaram
İrakli Kobaxidze - Prezident Ərdoğandan Gürcüstana təşrif buyurmasını şəxsən xahiş etdim, bu rəsmi səfərin tezliklə baş tutacağına ümidvaram

 
Prezident Ərdoğandan Gürcüstana təşrif buyurmasını xahiş etdim- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə brifinq zamanı deyib.

“Həm təkbətək, həm də geniş tərkibdə görüşlər zamanı Gürcüstan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin aktiv gündəliyini müzakirə etdik, mühüm regional məsələlər ətrafında fikir mübadiləsi apardıq və gələcək əməkdaşlıq perspektivlərini müəyyən etdik”- deyə İrakli Kobaxidze deyib.

O, görüşdə ən yüksək və yüksək səviyyəli görüşlərin dinamikasının qorunub saxlanmasına toxunulduğunu bildirib.

“Prezident Ərdoğandan Gürcüstana təşrif buyurmasını şəxsən xahiş etdim, bu rəsmi səfərin tezliklə baş tutacağına ümidvaram”- deyə İrakli Kobaxidze açıqlayıb.