İrakli Kobaxidze - Parlamentin binasının qarşısında, səhnədə xarici təsirin şəffaflığını görürük, xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar, daxili siyasətə müdaxilə cəhdi qəbuledilməzdir
Parlamentin binasının qarşısında, səhnədə bu gün xarici təsirin şəffaflığını görürük, xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze bugünkü brifinqdə deyib.
Kobaxidze, kənardan kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxiləyə cəhd etmələrinin qəbuledilməz olduğunu bildirib.
“Səhnəyə konkret ölkələrin deputatları çıxarkən baş verənlərə gəlincə, prinsipcə, dırnaqarası rus qanunu ilə biz bunu tələb edirdik- bu, xarici təsirin şəffaflığıdır. Parlamentin binasının qarşısında, səhnədə bu gün xarici təsirin şəffaflığını görürük, xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar, lüstrasiyanın miqyasını təsəvvür edin. Təbii ki, kənardan kollektiv “Milli Hərəkat”ın xeyrinə Gürcüstanın daxili siyasətinə müdaxiləyə cəhd etmələri qətiyyən yolverilməzdir. Bu, hər şeyin lüstrasiyasıdır. Qalanları ilə bağlı cəmiyyət öz rəyini verəcək” – İrakli Kobaxidze qeyd edib.
Gürcüstanda səfərdə olan Avropa İttifaqına üzv beş ölkənin xarici işlər komitələrinin sədrləri Rustavelidə davam edən aksiyada iştirak edib və aksiya iştirakçıları qarşısında çıxış ediblər.