İrakli Kobaxidze Parlament müxalifətinə məsləhət edir ki, qanunvericilik fəaliyyətinə qayıtsınlar
İrakli Kobaxidze Parlament müxalifətinə məsləhət edir ki, qanunvericilik fəaliyyətinə qayıtsınlar

Parlament çoxluğunun üzvü, İrakli Kobaxidze Parlament müxalifətinə məsləhət edir ki, qanunvericilik fəaliyyətinə qayıtsınlar.

Kobaxidzenin jurnalistlərə bəyan etdiyinə görə, siyasi boykotun elan ediləmsi müxalifətin hüququdur, lakin bu onların seçki gündəminə yararlı olmayacaq.

“Yaxşı olar ki, onlar seçki və Parlamentdə həyata keçirilən fəaliyyətə konsentrasiya etsinlər. Onların, onsuz da az olduğu səsləri, daha da azalacaq. Bundan irəli gələrək, onlar üçün daha yaxşı olar ki, başqa gündəmlə işləsinlər. Halbuki bu onların seçimidir və qərarı özləri qəbul edəcəklər. Biz ictimaiyyət üçün maraqlı olan məslələr üzərində işləyəcəyik. Müxalifət yalnız onların partiyası üçün maraqlı olan məsələlər ilə məsğuldur”, – İrakli Kobaxidze bəyan etdi.

Parlamentin yaz sessiyası bu gün açıldı. Parlament müxalifəti isə, yenə siyasi boykot edərək plenar iclaslarda iştirak etmir.