İrakli Kobaxidze - müxalifətə 2020-ci ildən proporsional sistemin işə düşməsini təklif etdik, rədd cavabı verdilər, indi mövzu bağlanıb
İrakli Kobaxidze - müxalifətə 2020-ci ildən proporsional sistemin işə düşməsini təklif etdik, rədd cavabı verdilər, indi mövzu bağlanıb

Müxalifətə 2020-ci ildən proporsional sistemin işə düşməsini təklif etdik, rədd cavabı verdilər, indi mövzu bağlanıb, konstitusiya islahatı başa çatıb, – bu barədə Parlamentin sədri, İrakli Kobaxidze müxalif partiyalara bəyan etdi.

Kobaxidzenin jurnalistlərə bəyan etdiyinə görə, mövzu bağlanıbdır və iş artıq formalaşmış qanunericilik üzrə davam edəcək.

“Biz, müxalifətə 2020-ci ildən proporsional sistemin işə düşməsini təklif etdik, lakin buna rədd cavabı aldıq. İslahat başa çatıbdır, bu mövzu bağlanıb”, -İrakli Kobaxidze bəyan etdi.

21 müxalif partiya bu gün tələb etdi ki, gələcək parlament seçkiləri proporsional sistem ilə keçirilsin.