İrakli Kobaxidze - Müxalifət indi qərar verməlidir, rus oyununa davam mı edəcək, yoxsa, gürcü oyununa mı başlayacaq
Bu gün Nika Melianın həbsdə olması həqiqətən Rusiyanın oyunudur, hansını Mixeil Saakaşvili Nikanor Melia ilə bərabər planladı, – bu barədə bəyanatı “Gürcü Arzusunun” sədri İrakli Kobaxidze “Teleimedi”-nin efirində verdi.
Kobaxidzenin dediyinə görə, Nika Melia parlamentə və MSK binasına məhz rus oyununa görə, zorla daxil olmağa çalışırdı.
“O özünü qəsdlə həbs etdirdi, çünki bu Rusiyanın oyunudur. Bizim məqsədimiz isə, bu rus oyunlarını dayandırmaqdır. İndi müxalifət qərar verməlidir, rus oyunlarına davam mı edəcək, yoxsa gürcü oyunlarına mı başlayacaq”, – dedi İrakli Kobaxidze.
Kobaxidzenin dediyinə görə, müxalifət mütləq beş maddəli sənədi imazalamalıdır.