İrakli Kobaxidze - Müasir Serqo Orconikidzelər ölkəmizə nəsə bir yolla ziyan vurmaq üçün Moskvaya yox, Vaşinqtona gedirlər, bu isə xəyanətdir
Bir vaxtlar, bir əsr bundan əvvəl, 1920-1921-ci illərdə Moskvaya məhz belə məktublar göndərilirdi, Moskvaya məhz belə gedirdilər, belə bəyanatlar verirdilər, belə məlumatlar aparırdılar və s.
Bütün bunlar son nəticədə bizi Gürcüstanın işğalına aparmış oldu-bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin müxalifət nümayəndələri tərəfindən konqresmen Co Vilsona göndərilmiş məktubla bağlı sualına cavabında bildirib.
Kobaxidze deyib: “Bu gün yeganə fərq ondan ibarətdir ki, bu insanlar, müasir Serqo Orconikidzelər nəsə bir yolla ölkəyə ziyan vurmaq və zərər vermək üçün Moskvaya yox, Vaşinqtona gedirlər”.
“Bu, əlbəttə ki, xəyanətdir. Verilə biləcək yeganə qiymətləndirmə bunun xəyanət olmasıdır. Biz hər yerdə eyni şeyi gözləyirik. İnsan satqın olduqdan sonra Vaşinqtonda da, Brüsseldə də, Berlində də eyni şəkildə xəyanət edəcək. Bundan irəli gələrək, onlardan fərqli münasibət gözləmirik” – deyə baş nazir qeyd edib.