İrakli Kobaxidze - Ən demokratik idarəçilik forması kimi bilinən, parlament idarəçiliyinə keçirik
İrakli Kobaxidze - Ən demokratik idarəçilik forması kimi bilinən, parlament idarəçiliyinə keçirik

Dekabrın 16 tarixi gündür, çünki Gürcüstan Konstitusiyasının yeni versiyası qüvvəyə minəcək, – bu barədə bəyanatı parlamentin sədri İrakli Kobaxidze verdi.

Onun dediyinə görə, yeni sənədin əsas nailiyyəti odur ki, avtokratiyanın təkrarlanmasını tamamən istisna edir.

Kobaxidzenin dediyinə görə, Gürcüstan tam parlament idarəçilik formasına keçir, hansı ki, dünyada ən demokrayik idarəçilik forması hesab edilir.

“Ən demokratik idarəçilik forması kimi bilinən, parlament idarəçiliyinə keçirik” – dedi parlamentin sədri, jurnalistlərin suallarını cavablandırarkən.

Dekabrın 16-da Telavidə yeni seçilən prezidentin inauqurasiyası keçiriləcək.

Məhz inauqurasiyadan sonra Gürcüstanın yeni konstitusiyası da qüvvəyə minəcək.