İrakli Kobaxidze -İnanırıq ki, Ukrayna xalqı tezliklə sülhə nail olacaq və Avropa İttifaqına tamhüquqlu üzvlüyümüzü birlikdə qeyd edəcəyik
İrakli Kobaxidze -İnanırıq ki, Ukrayna xalqı tezliklə sülhə nail olacaq və Avropa İttifaqına tamhüquqlu üzvlüyümüzü birlikdə qeyd edəcəyik

 
İnanırıq ki, Ukrayna xalqı tezliklə sülhə nail olacaq və Avropa İttifaqına tamhüquqlu üzvlüyümüzü birlikdə qeyd edəcəyik- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpası ilə bağlı konfrans çərçivəsində verdiyi bəyanatda qeyd edib.

Hökumət başçısı, Gürcüstanın münasib resurslar çərçivəsində Ukraynanın yenidən qurulmasına dəstək göstərilməsini davam etdirəcəyini bildirib.

“Əziz həmkarlar, gürcü və Ukrayna xalqlarını təkcə oxşar təcrübə və möhkəm dostluq əlaqələri deyil, həm də Avropaya inteqrasiya ilə bağlı ortaq istəklər birləşdirir. İnanırıq ki, Ukrayna xalqı tezliklə sülhə nail olacaq və Avropa İttifaqına tamhüquqlu üzvlüyümüzü birlikdə qeyd edəcəyik.

O vaxta qədər isə biz münasib resurslar çərçivəsində Ukraynanın yenidən qurulmasına dəstək göstərilməsini davam etdirəcəyik”- deyə baş nazir açıqlayıb.