İrakli Kobaxidze - Hökumət lokomotiv funksiyasını yerinə yetirməsə, yerli özünüidarəetmə islahatı çətinləşəcək
İrakli Kobaxidze - Hökumət lokomotiv funksiyasını yerinə yetirməsə, yerli özünüidarəetmə islahatı çətinləşəcək

Parlamentin sədri, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, əgər hökumət lokomotiv funksiyasını yerinə yetirmədisə, yerli özünüidarəetmə islahatının həyata keçirilməsi çətinləşəcək

İrakli Kobaxidze yerli özünüidarəetmə islahatı və mərkəzsizləşdirmənin əhəmiyyəti barəsində Gürcüstan özünüidarəetmələrin inkişafı baxışlarının təqdimatında söhbət etdi.

Onun dediyinə görə, mərkəzsizləşdirmə demokratik və effektli idarəçilik sisteminin formalaşmasının ən asas təməl daşıdır.

Kobaxidze düşünür ki, islahatlar davam etdirilməlidir ki, son nəticədə ölkə Avropa və qərb tipli rasional dövlət xidməti sistemini alsın.

Parlamentin sədrinin bəyanatına görə, yerli özünüidarəetmə islahatı Gürcüstanın məqsədi ilə ki, Avropa ailəsinin və qərb həmdostluğunun tamhüquqlu üzvü olsun, birbaşa əlaqədardır.

Kobaxidze qeyd edir ki, bir sıra nöqsanlar var, buna görə də islahatların əsas məqsədidir ki, nöqsanlar aradan qaldırılsın və yerli özünüidarəetmə sistemi sağəlamlaşsın. Buna görə də kompleks strategiyasının mövcudluğu lazımdır.

Bununla yanaşı, çıxış edərkən Kobaxidze ümidvar olduğunu bildirdi ki, özünüidarəetmə islahatı barəsində parlament və qeyri parlament müxalifəti ilə fəal əməkdaşlığı olacaq.