İrakli Kobaxidze - Gürcüstanın cəzalandırılması ilə bağlı müxalifətin sevinci tezdir, ölkə üçün hər şey yaxşı, müxalifət üçün isə pis olacaq
Almaniyaya səfərim zamanı mən bir neçə baş nazir, bir neçə vitse-baş nazir və bir neçə xarici işlər naziri ilə ünsiyyətdə oldum, onlarda tamamilə sağlam əhvali-ruhiyyə gördüm- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze açıqlayıb.
Baş nazir bildirib ki, müxalifətin Gürcüstanın cəzalandırılacağına sevinməsi tezdir.
“Gürcüstanın cəzalandırılması ilə bağlı müxalifətin sevinci tezdir, heç kim Gürcüstanı, onun əhalisini, gürcü xalqının seçdiyi hakimiyyəti
cəzalandırmağı planlaşdırmır. Müvafiq olaraq, ölkə üçün hər şey yaxşı, müxalifət üçün isə pis olacaq”-Kobaxidze açıqlayıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze iyunun 11-12-də Ukraynanın bərpası ilə bağlı konfransda iştirak etdiyi Berlində olub.