İrakli Kobaxidze - Gürcüstanın bayrağını NATO və Avropa Birliyində ucaltmaq üçün əlimizdən gələni edirik
İrakli Kobaxidze - Gürcüstanın bayrağını NATO və Avropa Birliyində ucaltmaq üçün əlimizdən gələni edirik

Gürcüstanın bayrağı dövlət və ictimaiyyətin tarixi yolunu və əsrlər boyu ictimayyətimizin mübarizə apardığı və ümumi avropa ailəsi ilə birləşdirən dəyərləri təşkil edir, – bu barədə Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze, dövlət bayrağı günün qeyd olunması münasibətilə qanunvericilik orqanında keçirilən qəbulda çıxış edərkən bəyan etdi.

“Müstəqilliyin bərpa olunması günündən dövlət simvollarının dəyişdirilməsi üzrə işlər başladı. Yekun olaraq Gürcüstan nə cür bayrağı olması üçün böyük işlər görülübdür. 1999-cu ildə Gürcüstan Parlamenti dövlət atributukasının dəyişdirilməsi haqqında qərar qəbul etdi və 2004-cü ilin yanvarın 14-də Gürcüstan prezidenti beş ulduzlu bayrağın dövlət bayrağı kimi müəyyən edilməsi qərarına imza atdı. Müvafiq olaraq yanvarın 14-ü dövlət bayrağı günü kimi bəyan edildi. Bu gün qəti olaraq deyə bilərik ki, Gürcüstan bayrağı dünyada ən qədim bayraqlardan biridir. Gürcüstanın bayrağı dövlət və ictimaiyyətin tarixi yolunu və əsrlər boyu ictimayyətimizin mübarizə apardığı və ümumi avropa ailəsi ilə birləşdirən dəyərləri təşkil edir. Gürcüstanın bayrağını NATO və Avropa Birliyində ucaltmaq üçün əlimizdən gələni edirik”, – Parlamentinin sədri İrakli Kobaxidze bəyan etdi.