İrakli Kobaxidze - Gürcüstanın Avropa İttifaqı ölkələrində və ABŞ-dakı səfirləri ilə görüşdük, ölkəmizdə və ölkəmizin ətrafında inkişaf edən proseslərdən danışdıq
İrakli Kobaxidze - Gürcüstanın Avropa İttifaqı ölkələrində və ABŞ-dakı səfirləri ilə görüşdük, ölkəmizdə və ölkəmizin ətrafında inkişaf edən proseslərdən danışdıq

 

Gürcüstanın Avropa İttifaqı ölkələrində, Amerika Birləşmiş Ştatlarındakı səfirləri ilə görüşdük, bütün aktual məsələlər, ölkəmizdə, ölkəmizin ətrafında inkişaf edən proseslərdən danışdıq- bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyada jurnalistlərə deyib.

Hökumət başçısı, ölkənin mövqelərinin beynəlxalq səviyyədə ortaya qoyulması baxımından hər bir səfirin iştirakının vacib olduğunu bildirib.

“Gürcüstanın Avropa İttifaqı ölkələrində, Amerika Birləşmiş Ştatlarındakı səfirləri ilə görüşdük. Bütün aktual məsələlər, ölkəmizdə, ölkəmizin ətrafında inkişaf edən proseslərdən danışdıq. Ölkənin mövqelərinin beynəlxalq səviyyədə ortaya qoyulması baxımından hər bir səfirin iştirakı çox vacibdir. Və təbii ki, bütün müvafiq mövzularda söhbətimiz oldu”- baş nazir açıqlayıb.