İrakli Kobaxidze - Gürcüstan və Ukrayna hakimiyyətləri arasında mövcud çətinliklər Ukrayna xalqına maksimal olaraq yardım göstərmək istəyimizə mane ola bilməz
İrakli Kobaxidze - Gürcüstan və Ukrayna hakimiyyətləri arasında mövcud çətinliklər Ukrayna xalqına maksimal olaraq yardım göstərmək istəyimizə mane ola bilməz

 
Gürcüstan və Ukrayna hakimiyyətləri arasında mövcud çətinliklər Ukrayna xalqına maksimal olaraq yardım göstərmək istəyimizə mane ola bilməz -bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Berlində Ukraynanın bərpası ilə bağlı konfrans başlamazdan əvvəl jurnalistlərə deyib.

İrakli Kobaxidze bildirib ki, heç bir siyasi qərar Gürcüstan hakimiyyətinin Ukrayna xalqının qayğısına qalmaq məsuliyyətinə mane ola bilməz.

“Hakimiyyətlər arasında çətinliklər var. Bütün bunlara mahiyyətcə konkret qərarlar səbəb oldu. O cümlədən Ukrayna səfirinin Gürcüstandan geri çağırılmasını, Gürcüstanın Ukraynadakı səfirinin faktiki olaraq Ukraynadan çıxarılmasını xatırlayırsınız. Mən deyərdim ki, bunlar düzgün addımlar deyildi, lakin təbii ki, bu, Ukrayna xalqına maksimal olaraq yardım göstərmək istəyimizə mane ola bilməz. Heç bir siyasi qərar bizim Ukrayna xalqının qayğısına qalmaq məsuliyyətimizə mane ola bilməz”- deyə İrakli Kobaxidze açıqlayıb.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dünya liderləri ilə birlikdə Berlində keçiriləcək Ukraynanın bərpası ilə bağlı konfransda (URC2024) iştirak edir. Tədbirin əsas məqsədi Ukraynanın bərpası, yenidən qurulması, islahatlar və modernləşdirilməsi üçün beynəlxalq dəstəyi səfərbər etməkdir.