İrakli Kobaxidze - Gürcüstan iqtidarı əlindən gələni etdi ki, Strasburq Məhkəməsində Rusiyaya qarşı açılan davayı Gürcüstan qazansın
İrakli Kobaxidze - Gürcüstan iqtidarı əlindən gələni etdi ki, Strasburq Məhkəməsində Rusiyaya qarşı açılan davayı Gürcüstan qazansın

Parlamentin sədri İrakli Kobaxidzenin dediyinə görə, Gürcüstan iqtidarı əlindən gələni etdi ki, Strasburq Məhkəməsində, Gürcüstan Rusiyanın əleyhinə açdığı dava ilə bağlı məhkəmə prosesi müvəffəqiyyətli olsun.

Kobaxidzenin dediyinə görə, Gürcüstan tərəfi əlindən gələni etdi, qalanı isə, Strasburq Məhkəməsindən asılıdır.

“Biz bu prosesə diqqət edirik və məsələ ilə bağlı icraçı iqtidar nümayəndələri ilə və Ədliyyə Naziri ilə görüş. heçirdik.

İqtidarımız əlindən gələni etdi ki, bu iş məhkəmədə ölkəmiz üçün müvəffəqiyyətli olsun və təbii ki, biz məhkəmənin ədalətli qərarını gözləyirik”, – dedi İrakli Kobaxidze.