İrakli Kobaxidze Gürcüstan hökumətinin maliyyə dəstəyi ilə yay düşərgəsində dincələn ukraynalı şagirdlərlə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze təhsil, elm və gənclik naziri Qiorqi Amilaxvari ilə birlikdə Gürcüstan hökumətinin maliyyə dəstəyi ilə yay düşərgəsində dincələn ukraynalı şagirdlərlə görüşüb.
Baş nazir uşaqlarla söhbət edib və onları şam yeməyinə qonaq edib.
Düşərgə iyunun 15-dən iyulun 19-u da daxil olmaqla Ukraynadan gələn şagirdlərin və Milli Qvardiyanın hərbi xidmətçilərinin uşaqlarının iki axınını qəbul edəcək.
Birinci mərhələdə düşərgənin qonaqları Gürcüstanın Baş nazirinə rəmzi hədiyyələr verən, gürcü və ukrayna dillərində mahnılar ifa edən Xarkov şəhərindən gəlmiş şagirdlərdir.
Ukraynalı şagirdlər iki həftə boyunca rəngarəng mədəni-idrak və əyləncə tədbirlərində iştirak edəcəklər. Həmçinin, düşərgənin qonaqları üçün Tbilisi, Bodbe, Qremi və Nekresə ekskursiyalar təşkil olunacaq.
Düşərgə iyulun 5-19-da ikinci axını, Ukraynanın paytaxtı Kiyevdən gəlmiş Milli Qvardiyanın hərbi xidmətçilərinin uşaqlarını qəbul edəcək.
Məlumatı Hökumət Administrasiyasının Mətbuat Xidməti yayır.