İrakli Kobaxidze - gürcü demokratiyasının gücləndirilməsində Avropa Şurasının rolu misilsiz dəyərlidir
İrakli Kobaxidze - gürcü demokratiyasının gücləndirilməsində Avropa Şurasının rolu misilsiz dəyərlidir

Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidzenin bəyan etdiyinə görə, gürcü demokratiyasının gücləndirilməsində Avropa Şurasının rolu misilsiz dəyərlidir.

İrakli Kobaxidzenin qeyd etdiyinə görə, Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskienin səfəri rəmzidir.

“Görüşdə biz, ikitərəfli əməkdaşlığa toxunduq. Həmçinin Gürcüstanda həyata keçirilən islahatlar barəsində söhbət etdik.

Avropa Şurasi ilə əməkdaşlığın yaxşı təcrübəmiz var. Gürcü demokratiyasının gücləndirilməsində Avropa Şurasının rolu misilsiz dəyərlidir”, – İrakli Kobaxidze bəyan etdi.

Gürcüstan Parlamentinin sədri, İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının prezidenti, Lilian Mori Paskie ilə görüşdü.

Görüş Gürcüstan Parlamentində, bağlı qapılar arxasında keçirildi. Burada Tamar Çuqoşvili, Sopo Katsarava və Arçil Talakvadze iştirak edirdilər.